Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 35-ci turunun oyunlarına start veriləcək.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
Çempionluğu hələ bir neçə tur öncə təmin etmiş “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Turan Tovuz”u qəbul edəcək. Oyunun hər iki komanda üçün formal xarakter daşıdığını desək, yanılmarıq. Tərəflər sadəcə xal ehtiyatlarını zənginləşdirmək üçün meydana çıxacaqlar. Çünki avrokuboklar şansını itirən “Turan Tovuz” üçün də cari mövsümdə heç bir ciddi hədəf qalmayıb. Hazırda bu komanda 45 xalla 6-cı pillədə qərarlaşıb. Lider “Qarabağ”ın hesabında isə 79 xal var.
“Qarabağ” “Turan Tovuz”la çempionatda daha öncə 7 dəfə qarşılaşılaşıb. Bu oyunlarda Ağdam təmsilçisi 6 qələbə qazanıb. Cəmi 1 oyun heç-heçə yekunlaşıb. Bu üzdən Tovuz təmsilçisi tarixində ilk dəfə iddialı rəqibinə qalib gəlməyə çalışacaq. “Qarabağ” bütün matçlarda iki və ya daha çox qol vurub. “Turan Tovuz” nəinki qələbə, səfərdə xal da qazanmayıb.
Qeyd edək ki, 36-cı turun qalan oyunları mayın 18-də və 19-da keçiriləcək. Mükafatlar uğrunda mübarizə aparan komandaların görüşləri eyni gündə və saatda baş tutacaq.
Premyer Liqa
35-ci tur
17 may
20:30. “Qarabağ” – “Turan Tovuz”
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
18 may
17:00. “Sabah” – “Sumqayıt”
“Masazır Arena”.
17:00. “Səbail” – “Neftçi”
“Bayıl Arena”.
17:00. “Kəpəz” – “Zirə”
Tovuz şəhər stadionu.
19 may
16:00. “Qəbələ” – “Araz-Naxçıvan”
Qəbələ şəhər stadionu.


