Yeqor Boqomolski: “Sabah”la matça qələbə üçün çıxacağıq”

“Neftçi”nin hücumçusu Yeqor Boqomolski Azərbaycan Premyer Liqasının 35-ci turunda “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Bu görüş “ağ-qaralar”ın 3:0 hesablı səfər qələbəsi ilə yekunlaşıb.

Matçın ardından qalib komandanın yarımmüdafiəçisi Yeqor Boqomolski Arena.az saytının suallarını cavablandırıb:

– Oyun haqda təəssüratlarınız necədir?
– Qələbə qazandığımıza görə sevincliyəm. Növbəti matça daha da ciddi hazırlaşacağıq. “Sabah”la maçtda böyük ölçüdə hər şey həll olunacaq. Həmin oyunun önəmi böyükdür.

– Öz çıxışınızı necə dəyərləndirirsiniz?
– Mənə güvənilməsinə görə şadam. Daha çox iş görüb komandama faydalı olmağa çalışacağam.

– Birinci hissədəki passiv çıxışınızın səbəbi nə idi?
– Birinci hissədə bizim şanslarımız var idi. Passiv oyun sərgilədiyimizi deməzdim. Bərabər oyun gedirdi. Sadəcə, meydança amili öz sözünü deyirdi.

– “Sabah”la matç barədə nə düşünürsünüz?
– Matça ciddi hazırlaşacağıq. Qeyd etdiyim kimi, həlledici oyun olacaq. Meydana yalnız qələbə üçün çıxacağıq.

Nahid Ustaclı

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: