Boks yığmamız “Elorda Cup”dan 2 medalla qayıtdı

Qazaxıstanın paytaxtı Astana şəhərində təşkil olunmuş boks üzrə “Elorda Cup” beynəlxalq turnirinə yekun vurulub.

Arena.az xəbər verir ki, boks üzrə Azərbaycan millisinin üzvləri də bu yarışda qüvvələrini sınayıblar.

Yığmamız yarışı 2 medalla başa vurub. Murad Allahverdiyev (86 kq) finala kimi irəliləyib. Lakin həlledici görüşdə məğlub olan Paris-2024 Yay Olimpiya Oyunlarının lisenziyaçısı gümüş medalla kifayətlənib.

Digər olimpiyaçımız Məhəmməd Abdullayev (+92 kq) də “Elorda Cup”da mükafatçılar sırasında yer alıb. O, turniri bürünc medalla bitirib.

Xatırladaq ki, milli komandamız Astanaya bütövlükdə 6 boksçu ilə yollanmışdı. Digər boksçularımızdan Nicat Hüseynov (54 kq), Kamil Babayev (57 kq), Ramazan Abdullayev (63,5 kq) və Rasim Çobanlı (75 kq) medalsız qalıblar.

Xəbəri sosial şəbəkələrdə paylaş: