İkinci Liqa: 10 komanda 2023/2024 mövsümünə yekun vurdu

Bu gün futbol üzrə Azərbaycan çempionatının İkinci Liqasında 2023/2024 mövsümünün sonuncu – 26-cı turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma baş tutub.

Altı qolun qeydə alındığı “Qusar” – “Lerik” matçında qalib müəyyənləşməyib. “Dinamo” “Şəki Siti”ni, “Şahdağ Qusar” isə “Ağdaş”ı darmadağınla məğlub edib. “Kürmük Qax” “Göygöl”ü, “Cəbrayıl” da “Füzuli”ni məğlub yola salıb.

Turun qalan iki oyunu sabah keçiriləcək.

İkinci Liqa
26-cı tur
20 may

“Qusar” – “Lerik” 3:3
Qollar: Vüqar Əşrəfli, 33; 90+3. Kazbək Qafarov, 60 – Kamran Abdullazadə, 49. Rəvan Quluzadə, 57. Mirabbas Qədirli, 64.
Hakimlər: Nicat İsmayıllı, Səfalı Ağayev, Əlibəy Rəhimov, Cəsarət Vahidov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elman Musayev.
“Sumqayıt Arena” (ehtiyat meydança), 15:00.

“Kürmük Qax” – “Göygöl” 4:3
Qollar: Cavidan Ömərli, 13. Fuad Osmanlı, 16. Revazi Otaraşvili, 62. Vüqar Məmmədli, 66 – Elcan Rəhimov, 21; 42. Ülvi Cəlilov, 24.
Hakimlər: Namiq Bəkirov, Ruslan Quliyev, Səbuhi Soltanov, Rüfət Əhmədov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Qax OİK stadionu, 16:00.

“Dinamo” – “Şəki Siti” 5:1
Qollar: Əli Məmmədli, 53. Valeh Seyidov, 59; 78. Əkbər Səfərzadə, 65; 82 – Yusif Dilanov, 27.
Hakimlər: Maqsud Şamıyev, Vüqar Bayramov, Orxan İbişov, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Binə qəsəbə stadionu, 16:00.

“Şahdağ Qusar” – “Ağdaş” 5:0
Qollar: Rahid Əmirquliyev, 35. Famil Camalov, 53; 81. Tural Qurbatov, 58; 60.
Hakimlər: Fərid Hacıyev, Ruslan Babayev, Elman Kərimov, Rəsul Babayev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Şamaxı OİK stadionu, 17:30.

“Cəbrayıl” – “Füzuli” 2:1
Qollar: Ruslan Voronsov, 74; 90+8 – Emin Quliyev, 37.
Hakimlər: Əli Əliyev, Şirmamed Mamedov, Zöhrab Abasov, Murad Səlimov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı. “ASK Arena”, 17:30.

21 may

“Kür-Araz” – “Şəmkir”
Hakimlər: Nazim Abdullayev, Əhməd Əhmədsoy, Aydın Bəxşiyev, Şamil İmanzadə.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 16:00.

“Şəfa” – “Baku Sportinq”
Hakimlər: Alik Yunusov, Anar Bədəlov, Rəşad Quliyev, Mahmud Bağırzadə.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Binə qəsəbə stadionu, 16:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: