AÇ-2024: Xorvatiya millisinin heyəti açıqlandı

Futbol üzrə Xorvatiya millisinin bu il Almaniyada keçiriləcək Avropa çempionatı (AÇ-2024) üçün heyəti açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Xorvatiya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xorvatiya millsinin heyətində 24 futbolçu yer alıb.

Qapıçılar: Dominik Livakoviç (“Fənərbaxça”, Türkiyə), İvitsa İvuşiç (“Pafos”, Yunanıstan), Nedilko Labroviç (“Riyeka”, Xorvatiya);

Müdafiəçilər: Domaqoy Vida (AEK, Yunanıstan), Yosip Yuranoviç (“Union Berlin”, Almaniya), Yoşko Qvardiol (“Mançester Siti”, İngiltərə), Borna Sosa (“Ayaks”, Niderland), Yosip Stanişiç (“Bayer”, Almaniya), Yosip Şutalo (“Ayaks”, Niderland), Martin Erlik (“Sassuolo”, İtaliya), Marin Ponqarçiç (“Leççe”, İtaliya);

Yarımmüdafiəçilər: Luka Modriç (“Real”, Madrid, İspaniya), Mateo Kovaçiç (“Mançester Siti”, İngiltərə), Marselo Brozoviç (“Əl-Nəsr”, Səudiyyə Ərəbistanı), Mario Paşaliç (“Atalanta”, İtaliya), Nikolo Vlaşiç (“Torino”, İtaliya), Lovro Mayer (“Volfsburq”, Almaniya), Luka İvanuşeç (“Feyenoord”, Niderland), Luka Şuçiç (“Zalsburq”, Avstriya), Martin Baturina (“Dinamo”, Zaqreb, Xorvatiya);

Hücumçular: İvan Perişiç (“Hayduk”, Xorvatiya), Andrey Kramariç (“Hoffenhaym”, Almaniya), Ante Budimir (“Osasuna”, İspaniya), Mario Paşaliç (“Atalanta”, İtaliya).

Qeyd edək ki, iyunun 14-də start götürəcək AÇ-2024-ə iyulun 15-də yekun vurulacaq. Xorvatiya millisi İspaniya, İtaliya və Albaniya yığmaları ilə bir qrupda mübarizə aparacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: