Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Birinci Liqa və İkinci Liqa ilə bağlı müxtəlif qərarlar çıxarılıb.
Arena.az xəbər verir ki, iclasda hər iki liqanın sonuncu turlarının oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
Birinci Liqa, 27-ci tur
“Şamaxı” – “Araz Saatlı” oyununda diktor PFL Əsasnaməsinin tələblərini pozduğuna görə “Şamaxı” 50 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Şamaxı” 80 manat cərimə edilib. “Araz Saatlı”nın futbolçusu Lamin Çam ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb. Saatlı klubu buna görə 50 manat cərimə edilib.
“Difai Ağsu” – “Zaqatala” oyununda “Zaqatala”nın futbolçusu Roini İsmayılov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, klubu 300 manat cərimə edilib.
MOİK – “İmişli” oyununda xərəkdaşıyanların say limiti pozulduğuna görə MOİK 80 manat cərimə edilib.
“Mingəçevir” – “Qaradağ Lökbatan” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Mingəçevir” 100 manat cərimə edilib.
İkinci Liqa, 26-cı tur
“Dinamo” – “Şəki Siti” oyununda “Dinamo”nun futbolçusu Şahin Əliyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, klubu 300 manat cərimə edilib. “Şəki Siti”nin futbolçusu Elnar Şabanov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, Şəki klubu 80 manat cərimə edilib. “Şəki Siti”nin digər futbolçusu Sərcan Omarov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb. Şəki klubu buna görə 300 manat cərimə edilib. “Şəki Siti” oyunun ilkin protokolunu PFL-in elektron bazasında gec təsdiq etdiyinə görə sözügedən klub 100 manat cərimə edilib.
“Cəbrayıl” – “Füzuli” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Cəbrayıl” 80 manat cərimə edilib. “Füzuli”nin 4 futbolçusu sarı vərəqə aldığına görə klub 70 manat cərimə edilib. “Füzuli”nin azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə klub 150 manat cərimə edilib.
“Kür-Araz” – “Şəmkir” oyununda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “Kür-Araz” 50 manat cərimə edilib. Bu oyuna Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Kür-Araz” 100 manat cərimə edilib.


