Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”da forma geyinən yarımmüdafiəçi Patrik Andrade Kabo Verde millisinə dəvət alıb.
Arena.az xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində baş tutacaq Kamerun və Liviyaya qarşı oyunlarda iştirak edə bilər.
“Qarabağ”ın digər kabo-verdeli futbolçusu Leandro Andrade isə milliyə çağırılanlar sırasında yoxdur.
Qeyd edək ki, Kabo Verde yığmasının Kamerunla oyunu iyunun 8-də, Liviya ilə görüşü isə iyunun 11-də keçiriləcək.
Patrik Andrade 2020-ci ilin oktyabr ayından formasını geyindiyi Kabo Verde yığmasında 19 oyun keçirib. 31 yaşlı futbolçu “Qarabağ”da da 108 oyuna çıxıb, 13 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.


