Premyer Liqa: Bu gün 2023/2024 mövsümünə yekun vurulur

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 36-cı tura, eyni zamanda 2023/2024 mövsümünə yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu turun sonuncu oyun günündə iki qarşılaşma baş tutacaq.

Əvvəlcə, “Turan Tovuz” doğma meydanda “Kəpəz”lə münasibətlərinə aydınlıq gətirəcək. Çempionluğu sona 8 tur qalarkən təmin etmiş “Qarabağ” isə mövsümün son matçında “Araz-Naxçıvan”la üz-üzə gələcək.

“Araz-Naxçıvan”la “Qarabağ” daha öncə 7 oyun keçiriblər. Bu görüşlərdən 3-də Naxçıvan, 4-də Ağdam klubu sevinən tərəf olub. Maraqlıdır ki, bu oyunların hamısında meydan sahibi olan komanda qalib gəlib. “Qarabağ” bütün matçlarda qol vurub. Son 6 qarşılaşmada ən azı üç qol vurulub.

“Turan Tovuz”la “Kəpəz” da bu günə qədər 7 oyunda qarşılaşıblar. Tovuz təmsilçisi əvvəlki matçlarda 4, Gəncə klubu 2 qələbəni bayram edib, 1 görüş də heç-heçə yekunlaşıb. “Turan Tovuz” son 3 qarşılaşmada qol vurub. “Kəpəz” səfərdə qol vurmayıb və xal qazanmayıb.

Premyer Liqa
36-cı tur
25 may

“Zirə” – “Səbail” 1:0
Qol: Qismət Alıyev, 57.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Əli Əliyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Zirə İdman Kompleksinin stadionu, 19:00.

“Neftçi” – “Sabah” 0:1
Qol: Namiq Ələsgərov, 86.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Bakı. “Neftçi Arena”, 19:00.

“Sumqayıt” – “Qəbələ” 1:0
Qol: Erik Sorqa, 52.
Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00.

26 may

“Turan Tovuz” – “Kəpəz”
Hakimlər: Rəşad Əhmədov, Kərim Zeynalov, Sənan Atayev, Nicat İsmayıllı.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Tovuz şəhər stadionu, 17:00.

“Araz-Naxçıvan” – “Qarabağ”
Hakimlər: Əkbər Əhmədov, Rəhman İmami, Asif Abdullayev, Rauf Allahverdiyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Bakı. “Azərsun Arena”, 19:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: