Ürfan Abbasovun ardınca “Qəbələ”nin digər futbolçusu Ülvi İsgəndərov da “Araz-Naxçıvan”da oynamağa qərar verib.
Arena.az xəbər verir ki, bu barədə Naxçıvan klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” daha bir futbolçu ilə müqavilə imzalayıb. Klub “Qəbələ”də çıxış edən Ülvü İsgəndərovla anlaşıb. Hücumçu qarşıdakı bir il ərzində bu komandanın formasını geyinəcək.
“Araz-Naxçıvan” bu gün “Qəbələ”nin digər sabiq üzvü Ürfan Abbasovu da heyətinə qatdığını açıqlamışdı. O da yeni klubu ilə 1 illik müqaviləyə imza atmışdı.
Xatırladaq ki, Ülvi İsgəndərov “Qəbələ”nin yetirməsidir. O, bu klubun əsas komandasında 140 oyuna çıxıb, 21 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Hücumçu 2018/2019 mövsümündə icarə əsasında “Sumqayıt”da oynayıb və 20 oyuna 5 qol vurub. Azərbaycanın U-21 yığmasında oynamış futbolçu əsas millidə debüt şansı qazanmayıb.


