Şamil Əsgərov lisenziya turnirində 1/4 finala vəsiqə qazandı

Azərbaycan boksçusu Şamil Əsgərov Tailandın paytaxtı Banqkokda keçirilən 2-ci Dünya Olimpiya Təsnifat Turnirində 1/4 finala vəsiqə qazanıb.

Arena.az xəbər verir ki, 57 kq-da mübarizə aparan boksçumuz 1/8 finalda Kaleb Tiradonu (Puerto Riko) sınağa çəkib.

Görüş Əsgərovun qələbəsi ilə yekunlaşıb – 3:2 (30:27, 29:28, 30:27, 28:29, 27:30).

Şamil Əsgərov 1/4 finalda Munarbek Seyitbek Uulu (Qırğızıstan) ilə döyüşəcək. Görüş mayın 31-də baş tutacaq.

Bu gün 1/16 final çərçivəsində Alfonso Dominqes (92 kq) və Məhsəti Həmzəyeva (57 kq) da rinqə çıxacaqlar.

Xəbəri sosial şəbəkələrdə paylaş: