AÇ-2024: Superkompüter bu komandanı qalib görür

“Opta” statistik internet-portalının superkompüteri bu il keçiriləcək Avropa çempionatının (AÇ-2024) iştirakçısı olan komandaları təhlil edib.

Arena.az məlumat verir ki, “Opta”nın superkompüteri İngiltərə yığmasını qarşıdakı Avropa çempionatının əsas favoti görür.

Superkompüterin təhlili İngiltərə yığmasının imkanlarını 19,9% olaraq qiymətləndirir. Fransa yığması 19,1%, Almaniya yığması isə 12,4% olaraq çempionluğa namizəddirlər. Portuqaliya yığmasının imkanları isə 9,2% olaraq görülür.

Maraqlıdır ki, Avropa çempionatının cari qalibi İtaliya yığması superkompüterə görə bu adı təhvil verməli olacaq. “Skudara adzurra”nın çempionluq imkanları 5% olaraq görülür ki, bu da 7-ci nəticədir.

Superkompütür Gürcüstan yığmasını isə AÇ-2024-ün aşkar autsayderi olaraq qiymətləndirir. “Dəmir parçası” Gürcüstan yığmasının Avropa birinciliyini qazanması ehtimalı 0,1% olaraq görür.

Xatırladaq ki, Avropa çempionatı Almaniyanın 10 şəhərində baş tutacaq. Mötəbər yarış iyunun 14-dən iyulun 14-dək keçiriləcək. Öz qrupunda birinci və ikinci yerləri tutacaq komandalar, həmçinin üçüncü yeri tutmuş 4 ən yaxşı komanda 1/8 finala yüksələcək. Yarışın ələmə oyunları olimpiya sistemi üzrə, uduzan komandaların yarışdan kənarlaşdırılması ilə keçiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: