Ötən gecə dünyanın yaşıl meydanlarında futbol üzrə milli komandalar səviyyəsində bir neçə yoxlama oyunu keçirilib.
Arena.az xəbər verir ki, maraqlı görüşlərdən biri İtaliya və Türkiyə yığmaları arasında baş tutub.
İtaliyanın Bolonya şəhərində təşkil olunmuş qarşılaşmada qapılara qol vurulmayıb.
Rumıniya və Bolqarıstan yığmaları arasındakı görüş də qolsuz yekunlaşıb.
Portuqaliya yığması bol qolluq Finlandiya ilə qarşılaşmada inamlı qələbəyə sevinib. İsveçrə yığması isə Estoniyanı 4 cavabsız qolla məğlub edib.
Yoxlama oyunu
4 iyun
Sloveniya – Ermənistan 2:1
İsveçrə – Estoniya 4:0
Rumıniya – Bolqarıstan 0:0
Avstriya – Serbiya 2:1
İrlandiya – Macarıstan 2:1
Portuqaliya – Finlandiya 4:2
İtaliya – Türkiyə 0:0


