Xorvatiya yığması AÇ-2024 ərəfəsində Vatikana səfər etdi

Xorvatiya yığması 2024-cü il Avropa çempionatı ərəfəsində Vatikana səfər edib və Roma Papası Fransiskin qəbulunda olub.

Arena.az bu barədə Xorvatiya Futbol İttifaqına (HNS) istinadən məlumat verir.

Papa Fransisk Xorvatiya yığma komandasının futbolçuları və məşqçilər heyəti üçün özəl görüş təşkil edib.

Xatırladaq ki, əvvəlcədən Roma papası ilə görüş UEFA Millətlər Liqasının ələmə oyunları ərəfəsində baş tutmalı idi. Amma o vaxt 86 yaşlı pontifikin yoğun bağırsağından təcili cərrahi əməliyyat edilməsi ilə həmin görüş ləğv edilmişdi.

Xorvatiya yığması Vatikana səfər etdikdən sonra Lissabona yollanacaq və iyunun 8-də Portuqaliya yığması ilə yoldaşlıq oyunu keçirəcək.

AÇ-2024-ün qrup mərhələsində DÇ-2022-nin bürünc mükafatçıları İtaliya, İspaniya və Albaniya yığmaları ilə yarışacaqlar.

Xatırladaq ki, Avropa çempionatı Almaniyanın 10 şəhərində baş tutacaq. Mötəbər yarış iyunun 14-dən iyulun 14-dək keçiriləcək. Öz qrupunda birinci və ikinci yerləri tutacaq komandalar, həmçinin üçüncü yeri tutmuş 4 ən yaxşı komanda 1/8 finala yüksələcək. Yarışın ələmə oyunları olimpiya sistemi üzrə, uduzan komandaların yarışdan kənarlaşdırılması ilə keçiriləcək.

Xorvatiya Futbol İttifaqının mətbuat xidməti Müqəddəs Pyotr Kafedral Məbədindən fotoları paylaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: