İtaliya və Portuqaliya yığmalarının qarşılaşdığı 17 yaşadək (U-17) futbolçular arasında Avropa çempionatının final oyunu başa çatıb.
Arena.az məlumat verir ki, İtaliya yığması Portuqaliya yığması üzərində 3:0 hesablı qələbə qazanaraq, Avropa çempionatının qalibi olub.
Bu, İtaliya yeniyetmələrinin müvafiq yarışda ikinci qalibiyyətidir.
Daha əvvəl italyanlar 1982-ci ildə ilk dəfə təsis edilmiş yarışda doğma vətəndə uğur qazanmışdılar. 1987-ci ilədə keçrilmiş yeniyetmələrin Avropa çempionatında İtaliya yığması finala yüksəlib Sovet İttifaqının yeniyetmələri üzərində qələbə (1:0) qazansa da, yarışdan sonra “skuadra adzurra”nın heyətində yaş həddini ötmüş futbolçunun olması səbəbində bu qalibiyyət ləğv edilmişdi. İtalyanlar bütün oyunlara 0:3 hesablı texniki məğlubiyyət almış, yarışın nəticəsi isə ləğv edilmişdi.
U-17 Avropa çempionatını ən çox qazanmış ölkə İspaniyadır. İspan yeniyetmələr 9 dəfə qalibiyyət əldə ediblər, həmçinin 6 gümüş, 3 bürünc, 2 fəxri dördüncülüklə yeniyetmələrin Avropa çempionatının ən uğurlu komandasıdırlar.


