Faiq Hacıyev daha 1 il “Turan Tovuz”da!

Növbəti mövsüm üçün heyətini formalaşdırmağa davam edən “Turan Tovuz”da sağ cinah müdafiəçisi Faiq Hacıyev ilə yeni müqavilə imzalanıb.

Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 25 yaşlı futbolçu qarşıdakı mövsümdə də bu komandanın şərəfini qoruyacaq. Onunla 1 illik (2025-ci ilin 30 iyununa kimi) yeni müqavilə imzalanıb.

Xatırladaq ki, Faiq Hacıyev “Turan Tovuz”a 2021-ci ilin iyul ayında “Qəbələ”dən keçib. Müdafiəçi bu komandanın heyətində meydana çıxdığı 51 oyunda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

“Turan Tovuz” Faiq Hacıyevdən öncə Şəhriyar Əliyev, Aleks Souza, Alexandro Serrano, Emmanuel Hakman, Ayxan Hüseynov, Sadiq Quliyev və Oto Conla da yeni müqavilə bağlamışdı. Tərlan Əhmədli (“Araz-Naxçıvan”), Fərid Nəbiyev (“Səbail”) və Aydın Bayramov (“Zirə”) isə bu komandanı tərk ediblər. Əvəzində ötən mövsümü “Şamaxı”da icarədə keçirmiş Elçin Qasmov Tovuz klubuna qayıdıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: