İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Omari Forson bundan sonra “Montsa”nın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə İtaliya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
İngiltərənin U-20 milli komandasının 19 yaşlı üzvü yeni klubuna azad agent kimi transfer olunub. “Qırmızı-ağlar” Omari Forsonla 4 illik müqavilə bağlayıblar.
Omari Forson İngiltərənin “Tottenhem” və “Mançester Yunayted” klublarının yetirməsidir. O, bu ilin yanvar ayından Mançester klubunun əsas komandasına cəlb olunmağa başlamışdı. Forson “Mançester Yunayted”in əsas komandasının heyətində 7 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Hazırda İngiltərənin U-20 yığmasında oynayan sağ vinger daha öncə bu ölkənin U-19, U-16 və U-15 millilərində də çıxış edib.


