Süvari polis Almaniya yığmasının düşərgəsinin keşiyini çəkir

Süvari polis dəstələri Hertsogenaurax şəhərciyində məskunlaşmış Almaniya yığmasının məşq düşərgəsi ətrafında gecəbəündüz keçik çəkir.

Arena.az bu barədə nüfuzlu alman nəşri “Bild”ə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, bu tədbirin əsas məqsədi AÇ-2024-ün 1/4 finalında İspaniya yığması ilə qarşılaşacaq, yarışın ev sahibi Almaniya yığmasının məşqlərinə ispan casusların yol tapmasının qarşısını almaqdır.

Hazırda, bundestim “qırmızı qəzəb”lə oyun ərəfəsində bir çox taktiki nüansları sınaqdan keçirir. Komanda ancaq Almaniya yığmasının məşqçilər qərargahına məlum incəliklər əsasında, oyuna xüsusi hazırlığını davam etdirir.

Təhlükəsizliyi təmin etmək məqsədilə təlim bazasının ərazisi, o cümlədən yaxınlıqdakı yollar atlı polis nəfərləri tərəfindən nəzarətdə saxlanılır. Bundan əlavə, Almaniya yığmasının baş məşqçisi Yulian Nagelsmanın uca səslə göstərişlərini və futbolçuların qışqırtılarını boğmaq üçün, yoldan keçən insanları mobil telefonlarında yüksək səslə musiqi səsləndirən təhlükəsizlik işçiləri müşayiət edirlər.

Xatırladaq ki, İspaniya – Almaniya oyunu iyulun 5-də Ştutqartın “Mersedes-Bents Arena” stadionunda baş tutacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: