Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, toplantı iyulun 12-də qurumun inzibati binasında gerçəkləşəcək.
Saat 14:30-da başlayacaq iclasın gündəliyinə bir neçə məsələ daxil edilib:
- Hakimlər Komitəsi ilə bağlı məsələlərin müzakirəsi
- Futzal üzrə milli komandanın baş məşqçisi vəzifəsinə təyinatın müzakirəsi
- Çimərlik futbolu üzrə milli komandanın baş məşqçisi vəzifəsinə təyinatın müzakirəsi
- AFFA-nın təşkil etdiyi aşağı yaş qrupları üzrə liqalarla bağlı müzakirələr
- 1-ci və 2-ci Liqada mövcud vəziyyətin müzakirəsi
- AFFA tərəfindən klublara ayrılan vəsaitin meyarlar üzrə bölgüsünün müzakirəsi
- Digər məsələlər.


