Avropa Liqasında 2-ci raundun 9 cütü bəlli oldu

Futbol üzrə Avropa Liqasında 2024/2025 mövsümünün 2-ci təsnifat mərhələsində üz-üzə gələcək komandaların siyahısı dəqiqləşib.

Arena.az xəbər verir ki, 1-ci təsnifat mərhələsinin 6 qalibi ilk raunddan azad olan 12 kluba qoşulub.

Bu mərhələnin iştirakçıları bütövlükdə 9 cütlük təşkil ediblər. Türkiyə “Trabzonspor”una Slovakiyanın “Rujomberok” komandası rəqib olub.

Qeyd edək ki, Avropa Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 25-də, cavab görüşləri isə avqustun 1-də keçiriləcək.

Avropa Liqası
2-ci təsnifat mərhələsi

“Ayaks” (Niderland) – “Voyvodina” (Serbiya)
“Rujomberok” (Slovakiya) – “Trabzonspor” (Türkiyə)
“Visla” (Polşa) – “Rapid” (Vyana, Avstriya)
“Kilmarnok” (Şotlandiya) – “Serkl Brügge” (Belçika)
“Molde” (Norveç) – “Silkeborq” (Danimarka)
“Hunedoara” (Rumıniya) – “Riyeka” (Xorvatiya)
“Braqa” (Portuqaliya) – “Makkabi” (Petah Tikva, İsrail)
“Panatinaikos” (Yunanıstan) – “Botev” (Bolqarıstan)
“Şerif” (Moldova) – “Elfsborq” (İsveç)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: