Adil Şükürov “Kəpəz”in yeni transferlərini təriflədi

“Kəpəz”in baş məşqçisi Adil Şükürov ötən gün Küveytin “Əl-Yarmuk” kollektivi ilə keçirililən yoxlama oyunu barədə fikirlərini paylaşıb.

Arena.az xatırladır ki, “sarı-göylər” bu oyundan 2:1 hesabı ilə qalib ayrılıblar.

Adil Şükürov klubun mətbuat xidmətinə açıqlamasında yeni futbolçuların bu oyunda özlərini yaxşı tərəfdən göstərdiklərini bildirib:

“Hazırlıq dövrü olduğu üçün futbolçularda fiziki yüklənmə var. Bu oyunda da hiss olunurdu. Bəzi epizodlarda futbolçuların çatdırmamasının səbəbi də məhz budur. Əsas hədəfimiz çempionata yaxşı hazırlaşmaqdır. Bu yöndə məşqlərimiz davam edir. Çempionatın startına kimi komanda 70-80 faiz hazır olacaq. Yeni gələn oyunçular özlərini yaxşı tərəfdən göstərə bildilər. Onları bir daha bəyəndik. Bu tempdə davam etsələr, inanıram ki, komandaya çox böyük faydaları dəyəcək”.

Xəbəri sosial şəbəkələrdə paylaş: