Bu gün futbol üzrə Avropa Liqasında 2024/2025 mövsümünün 2-ci təsnifat mərhələsinin ilk oyunlarına start verilib
Arena.az xəbər verir ki, ilk oyunlar çərçivəsində 9 qarşılaşma baş tutub.
Oyunların hamısı eyni günə təsadüf edib.
Qardaş Türkiyə təmsilçisi “Trabzonspor” “Rujomberok”la üz-üzə gəlib. Slovakiyada baş tutan matçda qaradənizlilər 2:0 hesabı ilə qalib gəliblər.
Azərbaycan vitse-çempionu “Zirə”ni mübarizədən kənarlaşdırmış Moldova “Şerif”i isə bu raundda evdə “Elfsborq”a uduzub.
Qeyd edək ki, Avropa Liqasında 2-ci raundun cavab oyunları avqustun 1-də keçiriləcək.
Avropa Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunları
25 iyul
“Visla” (Krakov, Polşa) – “Rapid” (Vyana, Avstriya) 1:2
“Rujomberok” (Slovakiya) – “Trabzonspor” (Türkiyə) 0:2
“Molde” (Norveç) – “Silkeborq” (Danimarka) 3:1
“Hunedoara” (Rumıniya) – “Riyeka” (Xorvatiya) 0:0
“Şerif” (Moldova) – “Elfsborq” (İsveç) 0:1
“Panatinaikos” (Yunanıstan) – “Botev” (Bolqarıstan) 2:1
“Ayaks” (Niderland) – “Voyvodina” (Serbiya) 1:0
“Kilmarnok” (Şotlandiya) – “Serkl Brügge” (Belçika) 1:1
“Braqa” (Portuqaliya) – “Makkabi” (Petah Tikva, İsrail) 2:0


