“Mançester Siti” cərimələndi – Nizamnaməni pozduğu üçün

“Mançester Siti” futbol klubu İngiltərə Premyer Liqasının nizamnaməsini pozduğu ilə bağlı təqsirini etiraf edib.

Arena.az bu barədə İngiltərə Premyer Liqasının mətbuat xidmətinə istinadən məlumat verir.

Söhbət “şəhərlilər”in son iki mövsümdə oyunların vaxtında başlaması və bərpası ilə bağlı öhdəliklər baxımından çempionatın nizamnaməsini pozmasından gedir.

“The Sun” nəşrinin vurğuladığı kimi, İngiltərənin cari çempionu nizamnaməni pozduğuna görə indi təxminən 2,09 milyon funt-sterlinq (2,3 milyon avro) cərimə ödəməli olacaq. Son iki mövsümdə “Mançester Siti”nin oyunların başlamasını və ya onun bərpasını 22 dəfə gecikdirdiyi vurğulanır. Gecikmənin 79 saniyə təşkil etdiyi bir hal da müəyyən edilib, indi bu, “şəhərlilər”ə 100 min funt-sterlinq (118 min avro) məbləğində cərimə hesabına başa gələcək.

Xatırladaq ki, son iki mövsümdə Mançester təmsilçisi ardıcıl çempionluqlar qazanıb. Ümumilikdə isə dörd ardıcıl çempionluqla “şəhərlilər” mütləq rekord müəyyənləşdiriblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: