Bu gün futbol üzrə Avropa Liqasında 2024/2025-ci illər mövsümünün 3-cü təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
Uels təmsilçisi TNS doğma meydanda Moldovanın “Petrokub” komandasını qəbul edəcək. Bu komandaların bir həftə öncə keçirilmiş oyununda Moldova klubu minimal hesabla üstün olub.
Qeyd edək ki, Avropa Liqasında pley-offun qalan iştirakçıları avqustun 14-də və 15-də bəlli olacaq.
Avropa Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunları
13 avqust
21:30. TNS (Uels) – “Petrokub” (Moldova) (0:1)
14 avqust
20:00. RFS (Latviya) – “Santa Koloma” (Andorra) (2:0)
15 avqust
20:00. “Linkoln” (Cəbəllüttariq) – “Dinamo” (Minsk, Belarus) (0:2)
20:00. “Rapid” (Vyana, Avstriya) – “Trabzonspor” (Türkiyə) (1:0)
21:00. “Elfsborq” (İsveç) – “Riyeka” (Xorvatiya) (1:1)
21:00. “Viktoriya” (Plzen, Çexiya) – “Krivbass” (Ukrayna) (2:1)
22:00. “Serkl Brügge” (Belçika) – “Molde” (Norveç) (0:3)
22:15. “Ayaks” (Niderland) – “Panatinaikos” (Yunanıstan) (0:1)
22:30. “Luqano” (İsveçrə) – “Partizan” (Serbiya) (1:0)
22:30. “Makkabi” (Təl-Əviv, İsrail) – “Panevejis” (Litva) (2:1)
22:30. “Servett” (İsveçrə) – “Braqa” (Portuqaliya) (0:0)
23:00. “Borats” (Bosniya və Herseqovina) – “Klaksvik” (Farer adaları) (1:2)
23:00. “Şemrok Rovers” (İrlandiya) – “Çelye” (Sloveniya) (0:1)


