Futbol üzrə Avropa Liqasında 2024/2025-ci illər mövsümünün 3-cü təsnifat mərhələsinin cavab oyunları keçirilir.
Arena.az xəbər verir ki, ikinci oyun günündə də bir qarşılaşma baş tutub.
Latviya nəhəngi RFS doğma meydanda “Santa Koloma” (Andorra) ilə üz-üzə gəlib. RFS səfərdə baş tutmuş ilk oyunda 2:0 hesablı qələbəyə sevindiyi üçün mərhələ adlamağa daha yaxın görünürdü. Sözügedən komanda cavab görüşündə də 7 cavabsız qol vurmaqla pley-offa darmadağınla vəsiqə qazanıb.
Xatırladaq ki, daha öncə Uels təmsilçisi TNS Moldovanın “Petrokub” komandasına uduzaraq Avroliqa ilə vidalaşmışdı.
Qeyd edək ki, Avropa Liqasında pley-offun qalan iştirakçıları avqustun 15-də bəlli olacaq.
Avropa Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunları
13 avqust
TNS (Uels) – “Petrokub” (Moldova) 0:0 (ilk oyun 0:1)
14 avqust
RFS (Latviya) – “Santa Koloma” (Andorra) 7:0 (2:0)
15 avqust
20:00. “Linkoln” (Cəbəllüttariq) – “Dinamo” (Minsk, Belarus) (0:2)
20:00. “Rapid” (Vyana, Avstriya) – “Trabzonspor” (Türkiyə) (1:0)
21:00. “Elfsborq” (İsveç) – “Riyeka” (Xorvatiya) (1:1)
21:00. “Viktoriya” (Plzen, Çexiya) – “Krivbass” (Ukrayna) (2:1)
22:00. “Serkl Brügge” (Belçika) – “Molde” (Norveç) (0:3)
22:15. “Ayaks” (Niderland) – “Panatinaikos” (Yunanıstan) (0:1)
22:30. “Luqano” (İsveçrə) – “Partizan” (Serbiya) (1:0)
22:30. “Makkabi” (Təl-Əviv, İsrail) – “Panevejis” (Litva) (2:1)
22:30. “Servett” (İsveçrə) – “Braqa” (Portuqaliya) (0:0)
23:00. “Borats” (Bosniya və Herseqovina) – “Klaksvik” (Farer adaları) (1:2)
23:00. “Şemrok Rovers” (İrlandiya) – “Çelye” (Sloveniya) (0:1)


