Avropa Liqasında pley-offun 12 cütü

Futbol üzrə Avropa Liqasında 2024/2025-ci illər mövsümünün pley-off mərhələsinin bütün iştirakçıları və cütləri müəyyənləşib.

Arena.az xəbər verir ki, bu, Avropa Liqasında və UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab qarşılaşmalarının yekununda bəlli olub.

Azərbaycan çempionu “Qarabağ”a uduzaraq Çempionlar Liqası ilə vidalaşan Bolqarıstan nəhəngi “Ludoqorets” Avroliqada “Petrokub” (Moldova) ilə qarşılaşacaq.

Qeyd edək ki, Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları avqustun 22-də keçiriləcək. Cavab görüşləri isə ayın 29-da baş tutacaq.

Avropa Liqası
Pley-off mərhələsi
22-29 avqust

“Ludoqorets” (Bolqarıstan) – “Petrokub” (Moldova)

“Dinamo” (Minsk, Belarus) – “Anderlext” (Belçika)

“Yagellonya” (Polşa) – “Ayaks” (Niderland)

“Luqano” (İsveçrə) – “Beşiktaş” (Türkiyə)

LASK (Avstriya) – “Styaua” (Rumıniya)

RFS (Latviya) – APOEL (Kipr)

“Makkabi” (Təl-Əviv, İsrail) – “Baçka Topola” (Serbiya)

PAOK (Yunanıstan) – “Şemrok Rovers” (İrlandiya)

“Ferentsvaroş” (Macarıstan) – “Borats” (Bosniya və Herseqovina)

“Molde” (Norveç) – “Elfsborq” (İsveç)

“Braqa” (Portuqaliya) – “Rapid” (Vyana, Avstriya)

“Viktoriya” (Plzen, Çexiya) – “Harts” (Şotlandiya)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: