Vensan Kompani “Bayern”lə Bundesliqada debütünü şərh etdi

“Bayern”in baş məşqçisi Vensan Kompani Münhen komandasının sükanı arxasında Almaniya Bundesliqasında debütünü şərh edib.

Arena.az “Bayern & Germany” dərgisinə istinadən, belçikalı mütəxəssisin bu barədə fikrini təqdim edir.

Xatırladaq ki, “Bayern” Kompaninin rəhbərliyi altında Bundesliqanın 1-ci turu çərçivəsində səfərdə “Volfsburq”u 3:2 hesabı ilə məğlub edib.

“Mən məşqçi kimi Bundesliqada ilk oyunumdan məmnunam. Birinci hissədə üstün olduq, qapımız ağzında isə fürsətlərin yaranmasına imkan vermədik. İkinci hissəyə zəif başladıq. İki dəfə fürsəti qaçırdıq, amma sonda doğru-düzgün əhval-ruhiyyə sayəsində qalib gəldik.

Mən kifayət qədər uzun müddət futbol oynamışam və bilirəm ki, belə oyunda uduzmaq və ya heç-heçə etmək də olar. Qalib gəlməyimiz hər şeyin mükəmməl olmasa da, əhval-ruhiyyənin yüksək olduğunun göstəricisidir. Biz bu məsələdə dürüst olmalıyıq”, deyə Vensan Kompani vurğulayıb.

1-ci turdan sonra “Bayern” 3 xalla Bundesliqanın yarış cədvəlinin liderlər dəstəsində – 5-ci pillədə qərarlaşıb. Xalsız “Volfsburq” isə 13-cü pillədədir. Bundesliqaya 3 xalla “Frayburq” başçılıq edir.

Xəbəri sosial şəbəkələrdə paylaş: