“Bayern”in idman direktoru Kristof Froynd cari yay transfer pəncərəsinin son həftəsinə Münhen klubun planlarından söhbət açıb.
Arena.az “Sky Sport Germany” dərgisinə istinadən, alman mütəxəssisin bu barədə məlumatını təqdim edir:
“Biz artıq bildirmişik ki, heyətdən çox razıyıq. Amma indi iki zədəlimiz var. Bunu nəzərə almalıyıq. Müdafiədə oyunçu zədələri səbəbindən çoxlu seçim yoxdur. Alış-veriş hələ də planlarımızın bir hissəsi deyil, amma transfer pəncərəsi hələ beş gündür açıq olacaq”, deyə Froynd hər hansı transferi də istisna etməyib.
Xatırladaq ki, “Bayern” Almaniya Bundesliqasının yeni mövsümünə “Volfsburq” üzərində 3:2 hesablı səfər qələbəsi ilə başlayıb.
Ötən 2023/2024-cü illər mövsümünü isə Almaniya nəhəngi “Bayer” və “Ştutqart”dan sonra 3-cü yerdə, bürünc medalla tamamlayıb. Buna rəğmən, Münhen klubu cari mövsümdə UEFA Çempionlar Liqasında iştirakını təmin edə bilib.


