Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2024/2025-ci illər mövsümünün pley-off mərhələsinə yekun vurulacaq.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə 22 qarşılaşma baş tutacaq.
Xatırladaq ki, daha öncə Türkiyənin “Başakşəhər” və Belçikanın “Gent” komandaları Konfrans Liqasının əsas mərhələsinə vəsiqə əldə ediblər.
Bu turnirdə mübarizə aparan Türkiyənin digər təmsilçisi “Trabzonspor” pley-offdakı növbəti matçını bu gün keçirəcək. Sözügedən komanda səfərdə qol vura bilmədiyi “Sankt Qallen”i doğma meydanda yenməyə çalışacaq.
Tarixi uğura imza ataraq ilk dəfə avrokubokların pley-offuna vəsiqə qazanan Azərbaycan təmsilçisi “Zirə” isə bu raundda Kipr “Omoniya”sı ilə üz-üzədir. Rəşad Sadıqovun komandası ilk matçında ağır məğlubiyyətə üzülüb. Bu komandaların cavab görüşündə hansı nəticənin qeydə alınacağı maraqla gözlənilir.
Avropa Konfrans Liqası
Pley-off mərhələsinin cavab oyunları
28 avqust
“Başakşəhər” (Türkiyə) – “Sent Patriks Atletik” (İrlandiya) 2:0 (ilk oyun 0:0)
“Gent” (Belçika) – “Partizan” (Serbiya) 1:0 (1:0)
29 avqust
18:00. “Astana” (Qazaxıstan) – “Brann” (Norveç) (0:2)
20:00. HJK (Finlandiya) – “Klaksvik” (Farer adaları) (2:2)
20:00. “Zirə” (Azərbaycan) – “Omoniya” (Kipr) (0:6)
20:30. “Rujomberok” (Slovakiya) – “Noah” (Ermənistan) (0:3)
21:00. “Olimpiya” (Sloveniya) – “Riyeka” (Xorvatiya) (1:1)
21:00. “Paks” (Macarıstan) – “Mlada Boleslav” (Çexiya) (2:2)
21:00. “Pafos” (Kipr) – ÇFR (Rumıniya) (0:1)
21:00. “Trabzonspor” (Türkiyə) – “Sankt Qallen” (İsveçrə) (0:0)
21:30. TNS (Uels) – “Panevejis” (Litva) (3:0)
22:00. “Serkl Brügge” (Belçika) – “Visla” (Polşa) (6:1)
22:00. “Drita” (Kosovo) – “Legiya” (Polşa) (0:2)
22:00. “Kilmarnok” (Şotlandiya) – “Kopenhagen” (Danimarka) (0:2)
22:00. “Panatinaikos” (Yunanıstan) – “Lans” (Fransa) (1:2)
22:00. “Santa Koloma” (Andorra) – “Vikinqur” (İslandiya) (0:5)
22:00. “Zrinski” (Bosniya və Herseqovina) – “Vitoriya” (Portuqaliya) (0:3)
22:15. “Çelye” (Sloveniya) – “Pünik” (Ermənistan) (0:1)
22:15. “Maribor” (Sloveniya) – “Yurqorden” (İsveç) (0:1)
22:30. “Haydenhaym” (Almaniya) – “Hakken” (İsveç) (2:1)
22:30. “Servett” (İsveçrə) – “Çelsi” (İngiltərə) (0:2)
23:00. “Betis” (İspaniya) – “Krivbass” (Ukrayna) (2:0)
23:00. “Larne” (Şimali İrlandiya) – “Linkoln” (Cəbəllüttariq) (1:2)
23:00. “Puşkaş Akademiyası” (Macarıstan) – “Fiorentina” (İtaliya) (3:3)


