Bu gün futbol üzrə Avropa Liqasında 2024/2025-ci illər mövsümünün pley-off mərhələsinin cavab oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, 12 qarşılaşmanın hamısı eyni günə təsadüf edəcək.
Azərbaycan çempionu “Qarabağ”a uduzaraq Çempionlar Liqası ilə vidalaşmış Bolqarıstan nəhəngi “Ludoqorets” Avroliqada “Petrokub” (Moldova) ilə qarşılaşır. Bolqarlar doğma meydanda baş tutan ilk oyunda 4 cavabsız qolla qalib gəliblər.
Türkiyə təmsilçisi “Beşiktaş” da bu turnirdə növbəti sınağına çıxacaq. İstanbul klubu İsveçrədə məhsuldar heç-heçəyə razılaşdığı “Luqano”nu bu dəfə doğma meydanda yenməyə çalışacaq.
Qeyd edək ki, qalib komandalar Avropa Liqasında əsas mərhələyə vəsiqə qazanaqlar.
Avropa Liqası
Pley-off mərhələsinin cavab oyunları
29 avqust
21:00. APOEL (Kipr) – RFS (Latviya) (ilk oyun 1:2)
21:00. “Elfsborq” (İsveç) – “Molde” (Norveç) (1:0)
21:00. “Petrokub” (Moldova) – “Ludoqorets” (Bolqarıstan) (0:4)
22:00. “Ayaks” (Niderland) – “Yagellonya” (Polşa) (4:1)
22:00. “Anderlext” (Belçika) – “Dinamo” (Minsk, Belarus) (1:0)
22:00. “Beşiktaş” (Türkiyə) – “Luqano” (İsveçrə) (3:3)
22:30. “Styaua” (Rumıniya) – LASK (Avstriya) (1:1)
22:45. “Harts” (Şotlandiya) – “Viktoriya” (Plzen, Çexiya) (0:1)
23:00. “Borats” (Bosniya və Herseqovina) – “Ferentsvaroş” (Macarıstan) (0:0)
23:00. “Şemrok Rovers” (İrlandiya) – PAOK (Yunanıstan) (0:4)
23:00. “Rapid” (Vyana, Avstriya) – “Braqa” (Portuqaliya) (1:2)
23:00. “Baçka Topola” (Serbiya) – “Makkabi” (Təl-Əviv, İsrail) (0:3)


