Konfrans Liqasında da Liqa mərhələsinin püşkü atıldı

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2024/2025-ci illər mövsümünün əsas – Liqa mərhələsinin püşkü atılıb.

Arena.az xəbər verir ki, Monakoda təşkil olunmuş püşkatmaya Bakı vaxtı ilə saat 16:30-da start verilib.

Konfrans Liqasında da Liqa mərhələsində 36 komanda iştirak edəcək. Lakin UEFA Çempionlar Liqası və Avropa Liqasından fərqli olaraq, hər komanda 6 oyuna çıxacaq.

Türkiyənin bu turnirdəki yeganə təmsilçisi olan “Başakşəhər” komandasının da Liqa mərhələsindəki rəqibləri bəlli olub. İstanbul təmsilçisi Danimarkanın “Kopenhagen”, Almaniyanın “Haydenhaym”, Avstriyanın “Rapid”, Belçikanın “Serkl Brügge”, Moldovanın “Petrokub” və Sloveniyanın “Çelye” kollektivləri ilə üz-üzə gələcək.

Liqa mərhələsinin oyun günləri də bəllidir. Əsas mərhələnin bütün oyunları elə bu il yekunlaşacaq. Konftrans Liqasının Liqa mərhələsi oktyabrın 3-də start götürəcək.

1-ci tur: 3 oktyabr
2-ci tur: 24 oktyabr
3-cü tur: 7 noyabr
4-cü tur: 28 noyabr
5-ci tur: 12 dekabr
6-cı tur: 19 dekabr

Xatırladaq ki, bu mövsüm Azərbaycanın üç komandası – “Sumqayıt”, “Sabah” və “Zirə” Avropa Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanmağa çalışsa da, istəklərinə çata bilməyib. “Sumqayıt” 2-ci, “Sabah” 3-cü təsnifat mərhələsində mübarizəni dayandırıbsa, “Zirə” pley-offda yarışla vidalaşıb.

Birinci səbətdə yer alan komandaların rəqibləri:

İkinci səbətdə yer alan komandaların rəqibləri:

Üçüncü səbətdə yer alan komandaların rəqibləri:

Dördüncü səbətdə yer alan komandaların rəqibləri:

Beşinci səbətdə yer alan komandaların rəqibləri:

Altıncı səbətdə yer alan komandaların rəqibləri:

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: