Kompani: “Qənimətlər qazanmaq mənim üçün yeni bir iş deyil”

“Bayern”in yeni baş məşqçisi Vensan Kompani Almaniya nəhənginin düşərgəsində işə yanaşmasından söhbət açıb.

Arena.az “La Derniere Heure” dərgisinə istinadən məlumat verir ki, belçikalı mütəxəssis ona ünvanlanmış suala cavab olaraq, qələbə mədəniyyəti və klub rəhbərliyinin qarşıya qoyduğu məqsədlərlə bağlı fikirlərini paylaşıb:

– “Bayern” rəhbərliyi qarşınıza hansı məqsədləri qoyub? Çempionlar Liqasında qalibiyyət və Bundesliqanın çempionluq qənimətini qazanmaq?
– Əlbəttə ki, “Bayern” kimi klubda qənimətlər qazanmaq gərəkdir. Amma bu, mənim üçün yeni bir şey deyil. Mən “Anderlext”də bu qalibiyyət mədəniyyəti şəraitində böyümüşəm. Premyer Liqada üçüncü ən kiçik büdcəyə malik olan “Börnli” klubunda belə, mən hər oyunda qalib gəlmək istəyirdim.

Xatırladaq ki, cari ilin may ayının sonunda “Bayern” 38 yaşlı belçikalı mütəxəssis Vensan Kompani ilə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. Almaniya nəhəngi Kompaninin qarşısında “Bayern”i düşdüyü bərbad vəziyyət qurtarmaq, qənimətlər uğrunda əvvəlki tək mübarizə aparan iddialı kollektivə çevirmək tapşırığı qoyulub.

“Bayern” geridə qalmış 2023/2024-cü illər mövsümündə böyük potensialına rəğmən, gözlənilənlərin əksinə olaraq, çıxış etdiyi bütün yarışlarda uğurzuluğa düçar olub və mövsümü qənimətsiz başa vurub.

Kompaninin “Bayern”lə ilk rəsmi oyunu Almaniya Kubokuna təsadüf edib. Münhen klubu belçikalı mütəxəssisin rəhbərliyi altında kubokun 1/32 finalında “Ulm”la qarşılaşıb və 4:0 hesablı qələbəyə sevinib.

Hazırda Kompaninin “Bayern”i Almaniya Bundesliqasının ilk iki turundan sonra 6 xalla yarış cədvəlinin liderlər üçlüyündə 2-ci pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: