Amerikalı iş adamı Den Fridkinə məxsus olan “Friedkin Group” konsorsiumu “Everton”un səhmlərinin əksər hissəsinə sahib olub.
Arena.az məlumat verir ki, növbəti mərhələ əməliyyatın tənzimləyici orqanlar tərəfindən təsdiqlənməsidir.
Bu məqsədlə İngiltərə Premyer Liqasının, İngiltərə Futbol Assosiasiyasının (The FA) və Maliyyə nəzarəti idarəsinin razılığı alınmalıdır.
“Friedkin Group” Fərhad Moşirinin “Blue Heaven Holdings” şirkətindən “qənnadçılar”ın 94,1% səhm payını satın alıb.
Əlavə edək ki, “Friedkin Group” həmçinin İtaliyanın “Roma” klubunun sahibidir. “Canavarlar”ın 95,97% səhm payı məhz bu şirkətə məxsusdur.


