Samuel Tetteh “Qəbələ”dən getdi

Hazırda Azərbaycan Birinci Liqasında mübarizə aparan “Qəbələ” klubu qanalı futbolçusu Samuel Tetteh ilə yollarını ayırıb.

Arena.az bu barədə əyalət klubunun rəsmi saytına istinadən xəbər verir.

28 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

2023-ci ilin sentyabrından “Qəbələ”də çıxış edən Samuel Tetteh “qırmızı-qara” formada 25 matçda 3 qol vurub. O, Premyer Liqada 21 (2 qol), Azərbaycan Kubokunda 4 (1 qol) oyunda iştirak edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: