“Bayern”in baş məşqçisi Vensan Kompani Bundesliqanın 6-cı turunda Frankfurt “Ayntraxt”ına qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, Münhen təmsilçisi səfər oyunundan 3:3 hesablı heç-heçə ilə ayrılıb.
Belçikalı mütəxəssisin bu matçdan sonra baş tutan mətbuat konfransında səsləndirdiyi fikirləri təqdim edirik:
“Gəlin, sakitliyimizi qoruyub-saxlayaq. Komanda əla oynadı. Çoxlu fürsətlərimiz oldu. Bəlkə də daha yaxşısına layiq idik.
Biz sadəcə olaraq buna davam etməliyik, yolumuzu davam etdirməliyik və müvafiq oyunun əvvəl-axır bizə nəticə verəcəyinə inanmalıyıq. Mənim böyük ümidim var. Bu komandanın etdikləri isə sadəcə adi bir xüsus deyil.
Mənim kifayət qədər təcrübəm var. Belə davam etsək, oyunlarda yenə də qalib gələcəyik. Biz sakitliyimizi qoruyub-saxlamalıyıq”, deyə Vensan Kompani dönə-dönə vurğulayıb.
Xal itkisinə rəğmən, “Bayern” Bundesliqanın yarış xədvəlinin zirvəsində 14 xalla mövqeyi qorusa da, eyni miqdarda xal toplamış “Leypsiq” 2-ci pillədən şərikli lider qismində “Bayern”i təqib edir. “Ayntraxt” isə 13 xalla 2-ci pillədə qərarlaşıb.


