Türkiyə millisi Millətlər Liqasında Monteneqroya qarşı

Bu gün futbol üzrə UEFA Millətlər Liqasında 2024/2025-ci illər mövsümünün qrup mərhələsinin 3-cü turunun növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, turun ikinci oyun günündə A, B və C Liqaları çərçivəsində ümumilikdə 8 qarşılaşma baş tutacaq.

Azərbaycan milli komandası bu turda Estoniya yığmasının qonağı olacaq. Əvvəlki iki oyunundan xalsız ayrılmış Fernando Santosun kollektivi siftəni estonlarla görüşdə etməyə çalışacaq. Estoniya – Azərbaycan qarşılaşması Tallindəki “Lilleküla” stadionunda keçiriləcək.

C Liqasının 1-ci qrupunun digər oyununda Slovakiya yığması İsveç millisini qəbul edəcək.

Türkiyə yığması da bu gün növbəti oyununu keçirəcək. B Liqasının 4-cü qrupunda mübarizə aparan qardaş ölkə kollektivi Monteneqro yığmasını qəbul edəcək.

Qeyd edək ki, UEFA Millətlər Liqasında qrup mərhələsinin ilk dövrəsinə oktyabrın 12-də yekun vurulacaq.

UEFA Millətlər Liqası
Qrup mərhələsi, 3-cü tur
11 oktyabr

A Liqası, 3-cü qrup

22:45. Macarıstan – Niderland
22:45. Bosniya və Herseqovina – Almaniya

Xallar: Almaniya – 4. Niderland – 4. Bosniya və Herseqovina – 1. Macarıstan – 1.

B Liqası, 1-ci qrup

22:45. Ukrayna – Gürcüstan
22:45. Çexiya – Albaniya

Xallar: Gürcüstan – 6. Albaniya – 3. Çexiya – 3. Ukrayna – 0.

B Liqası, 4-cü qrup

22:45. Türkiyə – Monteneqro
22:45. İslandiya – Uels

Xallar: Türkiyə – 4. Uels – 4. İslandiya – 3. Monteneqro – 0.

C Liqası, 1-ci qrup

20:00. Estoniya – Azərbaycan
22:45. Slovakiya – İsveç

Xallar: İsveç – 6. Slovakiya – 6. Azərbaycan – 0. Estoniya – 0.

Xəbəri sosial şəbəkələrdə paylaş: