Türkiyə və Almaniyadan UEFA Millətlər Liqasında çətin qələbə

Bu gün futbol üzrə UEFA Millətlər Liqasında 2024/2025-ci illər mövsümünün qrup mərhələsinin 3-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, turun ikinci oyun günündə A, B və C Liqaları çərçivəsində ümumilikdə 8 qarşılaşma baş tutub.

Azərbaycan milli komandası bu turda Estoniya yığmasının qonağı olub. Əvvəlki iki oyunundan xalsız ayrılmış Fernando Santosun kollektivi Tallində də məğlubiyyətə üzülüb.

C Liqasının 1-ci qrupunun digər oyununda Slovakiya yığması İsveç millisini qəbul edib. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.

Türkiyə yığması da bu gün növbəti oyununu keçirib. B Liqasının 4-cü qrupunda mübarizə aparan qardaş ölkə kollektivi Monteneqro yığmasını qəbul edib və minimal hesabla qələbə qazanıb.

Qeyd edək ki, UEFA Millətlər Liqasında qrup mərhələsinin ilk dövrəsinə oktyabrın 12-də yekun vurulacaq.

UEFA Millətlər Liqası
Qrup mərhələsi, 3-cü tur
11 oktyabr

A Liqası, 3-cü qrup

Macarıstan – Niderland 1:1
Qollar: Sallai, 32 – Dumfris, 83.

Bosniya və Herseqovina – Almaniya 1:2
Qollar: Dzeko, 71 – Undav, 30; 36.

Xallar: Almaniya – 7. Niderland – 5. Macarıstan – 2. Bosniya və Herseqovina – 1.

B Liqası, 1-ci qrup

Ukrayna – Gürcüstan 1:0
Qol: Mudrik, 35.

Çexiya – Albaniya 2:0
Qollar: Çori, 3; 63.

Xallar: Gürcüstan – 6. Çexiya – 6. Albaniya – 3. Ukrayna – 3.

B Liqası, 4-cü qrup

Türkiyə – Monteneqro 1:0
Qol: İ.C.Kahveci, 69.

İslandiya – Uels 2:2
Qollar: Tomasson, 69. Uord, 72-öz qapısına – B.Conson, 11. H.Uilson, 29.

Xallar: Türkiyə – 7. Uels – 5. İslandiya – 4. Monteneqro – 0.

C Liqası, 1-ci qrup

Estoniya – Azərbaycan 3:1
Qollar: Yakovlev, 32. Sinyavski, 45+2. Şeyn, 71 – T.Bayramov, 45+1.

Slovakiya – İsveç 2:2
Qollar: Streleç, 45; 72 – Ayari, 25. Sema, 32.

Xallar: İsveç – 7. Slovakiya – 7. Estoniya – 3. Azərbaycan – 0.

Xəbəri sosial şəbəkələrdə paylaş: