UEFA Millətlər Liqasında qrup mərhələsinin 4-cü turuna start verilir

Bu gün futbol üzrə UEFA Millətlər Liqasında 2024/2025-ci illər mövsümünün qrup mərhələsinin 4-cü turuna tura start veriləcək.

Arena.az xəbər verir ki, turun ilk oyun günündə B, C və D Liqaları çərçivəsində 8 qarşılaşma baş tutacaq.

B Liqasının üçüncü qrupunda Norveç millisi səfərdə Avstriyanın qonağı olacaq. B Liqasınının 2-ci qrupunda isə Finlandiya yığması evdə İngiltərəni qəbul edəcək.

UEFA Millətlər Liqasında qrup mərhələsinin 4-cü turuna oktyabrın 15-də yekun vurulacaq.

UEFA Millətlər Liqası
Qrup mərhələsi, 4-cü tur
13 oktyabr

B Liqası, 2-ci qrup

20:00. Finlandiya – İngiltərə
22:45. Yunanıstan – İrlandiya

Xallar: Yunanıstan – 9. İngiltərə – 6. İrlandiya – 3. Finlandiya – 0.

B Liqası, 3-cü qrup

17:00. Qazaxıstan – Sloveniya
22:45. Avstriya – Norveç

Xallar: Norveç – 7. Avstriya – 4. Sloveniya – 4. Qazaxıstan – 1.

C Liqası, 4-cü qrup

20:00. Ermənistan – Şimali Makedoniya
22:45. Farer Adaları – Latviya

Xallar: Şimali Makedoniya – 7. Ermənistan – 4. Latviya – 3. Farer Adaları – 2.

D Liqası, 1-ci qrup

20:00. Lixtenşteyn – Cəbəllütariq

Xallar: Cəbəllütariq – 4. San Marino – 3. Lixtenşteyn – 1.

D Liqası, 2-ci qrup

20:00. Malta – Moldova

Xallar: Moldova – 6. Malta – 3. Andorra – 0.

Xəbəri sosial şəbəkələrdə paylaş: