Bu gün futbol üzrə UEFA Millətlər Liqasında 2024/2025 mövsümünün qrup mərhələsində 4-cü turun növbəti oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, turun ikinci oyun günündə daha 10 oyun baş tutacaq.
Azərbaycan millisinin Slovakiyanı qəbul edəcəyi gündə, Türkiyə yığması da meydana çıxacaq. B Liqasının 4-cü qrupunda yer alan qardaş ölkə təmsilçisi səfərdə İslandiyanın qonağı olacaq.
Maraqlı oyunlardan biri də Almaniyada keçiriləcək. A Liqasının 3-cü qrupunda yer alan Almaniya millisi doğma azarkeşlər önündə Niderlandla qarşılaşacaq.
Millimizin rəqibləri də bu gün oynayacaqlar. İsveç səfərdə Estoniya yığması ilə üz-üzə gələcək.
Qeyd edək ki, UEFA Millətlər Liqasında 4-cü tura sabah keçiriləcək 8 oyunla yekun vurulacaq.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, 4-cü tur
14 oktyabr
A Liqası, 2-ci qrup
22:45. İtaliya – İsrail
22:45. Belçika – Fransa
Xallar: İtaliya – 7. Fransa – 6. Belçika – 4. İsrail – 0.
A Liqası, 3-cü qrup
22:45. Almaniya – Niderland
22:45. Bosniya və Herseqovina – Macarıstan
Xallar: Almaniya – 7. Niderland – 5. Macarıstan – 2. Bosniya Herseqovina – 1.
B Liqası, 1-ci qrup
20:00. Gürcüstan – Albaniya
22:45. Ukrayna – Çexiya
Xallar: Gürcüstan – 6. Çexiya – 6. Albaniya – 3. Ukrayna – 3.
B Liqası, 4-cü qrup
22:45. Uels – Monteneqro
22:45. İslandiya – Türkiyə
Xallar: Türkiyə – 7. Uels – 5. İslandiya – 4. Monteneqro – 0.
C Liqası, 1-ci qrup
20:00. Azərbaycan – Slovakiya
22:45. Estoniya – İsveç
Xallar: İsveç – 7. Slovakiya – 7. Estoniya – 3. Azərbaycan – 0.


