Türkiyə səfərdə, Almaniya evdə sevindi – Millətlər Liqasında

Bu gün futbol üzrə UEFA Millətlər Liqasında 2024/2025 mövsümünün qrup mərhələsində 4-cü turun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, turun ikinci oyun günündə daha 10 oyun baş tutub.

Azərbaycan millisinin Slovakiyaya evdə uduzduğu gündə, Türkiyə yığması da meydana çıxıb. B Liqasının 4-cü qrupunda yer alan qardaş ölkə təmsilçisi səfərdə İslandiya üzərində əzmkar və inamlı qələbəyə sevinib.

Maraqlı oyunlardan biri də Almaniyada keçirilib. A Liqasının 3-cü qrupunda yer alan Almaniya millisi doğma azarkeşlər önündə Niderlandla qarşılaşıb və minimal hesabla üstün olub.

İtaliya yığması doğma meydanda İsraili böyük hesabla yenib. Bir neçə gün öncə İtaliyadna xal alan Belçika millisi isə bu dəfə evdə Fransaya uduzub.

Millimizin rəqibləri də bu gün oynayıblar. İsveç səfərdə Estoniya yığması ilə üz-üzə gəlib və darmadağına imza atıb.

Qeyd edək ki, UEFA Millətlər Liqasında 4-cü tura sabah keçiriləcək 8 oyunla yekun vurulacaq.

UEFA Millətlər Liqası
Qrup mərhələsi, 4-cü tur
14 oktyabr

A Liqası, 2-ci qrup

İtaliya – İsrail 4:1
Qollar: Reteqi, 41-pen. Di Lorentso, 54; 79. Frattezi, 72 – Abu Fani, 66.

Belçika – Fransa 1:2
Qollar: Openda, 45+3 – Kolo Muani, 35; 62.

Xallar: İtaliya – 10. Fransa – 9. Belçika – 4. İsrail – 0.

A Liqası, 3-cü qrup

Almaniya – Niderland 1:0
Qollar: Levelinq, 63.

Bosniya və Herseqovina – Macarıstan 0:2
Qollar: Soboslai, 38; 50-pen.

Xallar: Almaniya – 10. Niderland – 5. Macarıstan – 5. Bosniya Herseqovina – 1.

B Liqası, 1-ci qrup

Gürcüstan – Albaniya 0:1
Qollar: Asllani, 48.

Ukrayna – Çexiya 1:1
Qollar: Dovbik, 53-pen – Çerv, 18.

Xallar: Çexiya – 7. Gürcüstan – 6. Albaniya – 6. Ukrayna – 4.

B Liqası, 4-cü qrup

Uels – Monteneqro 1:0
Qol: H.Uilson, 36-pen.

İslandiya – Türkiyə 2:4
Qollar: Oskarsson, 3. Qudyonsen, 83 – İ.C.Kahveci, 62. H.Çalhanoğlu, 67. A.Gülər, 88. K.Aktürkoğlu, 90+5.

Xallar: Türkiyə – 10. Uels – 8. İslandiya – 4. Monteneqro – 0.

C Liqası, 1-ci qrup

Azərbaycan – Slovakiya
Qollar: Toral Bayramov, 38 – Rahil Məmmədov, 15-öz qapısına. Haraslin, 75. Duriş, 86.

Estoniya – İsveç 0:3
Qollar: Nanasi, 29; 37. Qyokereş, 66.

Xallar: İsveç – 10. Slovakiya – 10. Estoniya – 3. Azərbaycan – 0.

Xəbəri sosial şəbəkələrdə paylaş: