Bu gün futbol üzrə UEFA Millətlər Liqasında 2024/2025-ci illər mövsümünün qrup mərhələsində 4-cü tura yekun vurulacaq.
Arena.az xəbər verir ki, turun sonuncu oyun günündə A və C Liqaları çərçivəsində 8 oyun baş tutacaq.
A Liqasının 1-ci qrupunda Şotlandiya millisi evdə Portuqaliya yığmasını qonaq edəcək. Bu liqanın 4-cü qrupunda isə İspaniya yığması doğma meydanda Serbiya ilə üz-üzə gələcək.
Qeyd edək ki, UEFA Millətlər Liqasında qrup mərhələsinin 5-ci turuna noyabrın 14-də start veriləcək.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, 4-cü tur
15 oktyabr
A Liqası, 1-ci qrup
22:45. Polşa – Xorvatiya
22:45. Şotlandiya – Portuqaliya
Xallar: Portuqaliya – 9. Xorvatiya – 6. Polşa – 3. Şotlandiya – 0.
A Liqası, 4-cü qrup
22:45. İsveçrə – Danimarka
22:45. İspaniya – Serbiya
Xallar: İspaniya – 7. Danimarka – 6. Serbiya – 4. İsveçrə – 0.
C Liqası, 2-ci qrup
22:45. Litva – Rumıniya
22:45. Kosovo – Kipr
Xallar: Rumıniya – 9. Kosovo – 6. Kipr – 3. Litva – 0.
C Liqası, 3-cü qrup
22:45. Belarus – Lüksemburq
22:45. Şimali İrlandiya – Bolqarıstan
Xallar: Belarus – 5. Bolqarıstan – 5. Şimali İrlandiya – 4. Lüksemburq – 1.


