Futbol üzrə Azərbaycan İkinci Liqasında 2024/2025-ci illər mövsümünün 7-ci turunun təyinatları müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
7-ci tura oktyabrın 17-də start veriləcək. Tura ayın 19-da keçiriləcək bir oyunla yekun vurulacaq.
İkinci Liqa
7-ci tur
17 oktyabr
“Şahdağ Qusar” – “Şəki Siti”
Hakimlər: Kamran Əliyev, Orxan İbişov, Rasim Axundov, Rəsul Babayev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: İlham Əliyev.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
“Şəfa” – “Lerik”
Hakimlər: Ruslan Quliyev, Tərlan Talıbzadə, Kərim Zeynalov, Nazim Abdullayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Bakı. “ASK Arena”, 15:00.
“Qusar” – “Şəmkir”
Hakimlər: Səbuhi Bayramov, Sənan Atayev, Gülnurə Əkbərzadə, Niyaz Əhmədov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
“Sumqayıt Arena” (ehtiyat meydança), 15:00.
“Kür-Araz” – “Şimal”
Hakimlər: İslam Məmmədov, Elmin Süleymanov, Zakir Şükürzadə, Maqsud Şamıyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 15:00.
18 oktyabr
“Dinamo” – “Saatlı-Araz”
Hakimlər: Əli Əliyev, Nurlan Əhmədzadə, Aydın Bəxşiyev, Emin Abdullayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 13:30.
“Göygöl” – “Füzuli”
Hakimlər: Şamil İmanzadə, Mirnihat Seyidov, Asif Abdullayev, Rövşən Rəcəbov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Göygöl Olimpiya İdman Kompleksinin stadionu, 15:00.
19 oktyabr
“Ağdaş” – “Hypers Quba”
Hakimlər: Murad Səlimov, Anar Bədəlov, Samir Qaracayev, Sərxan İsmayılov.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Ağdaş şəhər stadionu, 14:30.


