İtaliya yığmasının baş məşqçisi Luçano Spalletti “skuadra adzurra”nın yarımmüdafiəçisi Sandro Tonali haqda danışıb.
Arena.az “pianetamilan.it” dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Tonali Avropa çempionatında bizdə olmayan nəyi verdi? Tonali – böyük əlaçıdır. O, inanılmazdır. Oyun onun istədiyi qədər davam edə bilər. O işə düşəndə, maşını tam sürətlə işə salır, amma söndürəndə də mütləq sürətlə şütüyür. Ola bilsin ki, o, keçən ildən bəri topladığı qəzəbini azacıq buraxmalıdır.
Tonali çox nəhəng həcmdə işi aşıran gücbazdır. Oyunun 90-cı dəqiqəsində irəli qaçmağa hazırdır və bunu sanki piyada yeriyirmiş kimi sakit edir. Tonali – dəzgahdır”, deyə Spalletti məmnunluqda ifadə edib.
Xatırladaq ki, Tonali qanunsuz mərc qoyuluşlarına görə cəza səbəbindən 2023/2024-cü illər mövsümünün çox hissəsini buraxıb.
Tonali həmçinin 2024-cü il Avropa çempionatından kənarda qalıb.
Sandro Tonali 2023-cü ilin iyulunda “Milan”dan “Nyukasl”a özü də istəmədən transfer edilib. Tonalinin özü karyerasını “Milan”a həsr etmək arzusunda olsa da, “rossoneri” rəhbərliyi onun transferində israrlı olub. “Nyukasl” italyan “dayaqçı” ilə müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Sandro Tonali “sağsağanlar”ın heyətində bütün yarışlarda 12 oyun keçirib, 1 qol vurub.
Cari mövsümdə isə Tonali “Nyukasl” üçün məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 6 oyun keçirib.
Sandro Tonali 2019-cu ilin oktyabrında debüt etdiyi İtaliya yığmasının heəytində 19 oyun keçirib, 4 məhsuldar ötürmə verib.
Tonalinin qənimətlər muzeyində “Milan”la qazandığı İtaliya A Seriyası (2021/2022) çempionluğu var.
“Transfermarkt” internet-portalı 24 yaşlı italyan dayaq yarımmüdafiəçinin transfer dəyərini 38 milyon avro məbləğində qiymətləndirir.


