Donetsk “Şaxtyor”unun baş məşqçisi Marino Puşiç Çempionlar Liqasının “Arsenal”la oyunu öncəsi komandanın çətin səfəri haqda söhbət açıb.
Arena.az məlumat verir ki, mütəxəssis bu barədə oyunqabağı mətbuat konfransında danışıb:
“Mən bunu fəsad adlandırmazdım. Səfər oyununda çıxış etmək üçün nə qədər çox şeyi aşmalı olduğumuz inanılmazdır. Ümumiyyətlə, təəssüf ki, həmişə səfərdə oynayırıq. Bəli, səfərimiz 13 saat çəkib və bu, çox çətin bir səyahət olub. Bu, çox vaxt və güc-qüvvə tələb edir.
Amma eyni zamanda, çox şövqlüyük və psixoloji cəhətdən yaxşı hazırlaşmışıq. Bunu, sizə şikayət etmək üçün demirəm. Sadəcə bu, hər dəfə üzləşdiyimiz bir xüsusdur. Bəlkə də biz bu səviyyədə olan yeganə klubuq ki, müvafiq şəraitdə mövcuduq. Əlbəttə, bu, vəziyyətimizi çətinləşdirir, amma biz bura yarışmağa gəlmişik, şikayətlənməyə yox, oynamaq üçün gəlmişik”, deyə Marino Puşiç vurğulayıb.
Vurğulayaq ki, Ukrayndada baş verən məlum hadisələr mənzərəsində “Şaxtyor” yer-yurdundan didərgin düşüb. Donetsk klubu ev oyunlarını da səfərdə keçirir.
Xatırladaq ki, Çempionlar Liqasının ümumi mərhələsinin 3-cü turu çərçivəsində “Arsenal” – “Şaxtyor” oyunu bu gün, oktyabrın 22-də keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başaladacaq.


