“FourFourTwo” “Real” tarixinin ən yaxşı oyunçusunu açıqladı

Britaniyanın nüfuzlu “FourFourTwo” nəşri “Real” tarixinin 50 ən yaxşı futbolçusundan ibarət reytinq siyahısını dərc edib.

Arena.az məlumat verir ki, siyahının zirvəsində “qaymaqlılar”ın argentinalı hücumçusu Alfredo Di Stefano yer alıb.

2-ci pillədə hazırda “Əl-Nəsr”də çıxış edən portuqal ulduz hücumçu Kristiano Ronaldo qərarlaşıb.

İlk üçlüyü isə ötənlərin məşhur fransalı futbolçusu Zinəddin Zidan qapayır.

“FourFourTwo” nəşrinə istinadən, “Real” tarixinin ən yaxşı oyunçularından ibarət onluğu təqdim edirik:

  1. Alfredo Di Stefano (Argentina, Kolumbiya, İspaniya);
  2. Kristiano Ronaldo (Portuqaliya);
  3. Zinəddin Zidan (Fransa);
  4. Raul (İspaniya);
  5. Ferents Puşkaş (Macarıstan);
  6. Raymon Kopa (Fransa);
  7. Uqo Sançes (Meksika);
  8. Toni Kroos (Almaniya);
  9. Pirri (İspaniya);
  10. Emilio Butragenyo (İspaniya).
Xəbəri sosial şəbəkələrdə paylaş: