AÇ-2022: Azərbaycan millisi son matçından da məğlub ayrıldı

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının (AÇ-2022) seçmə mərhələsinin ikinci raundunda növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, millimiz qrupdakı son matçında Şimali İrlandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Şimali İrlandiyada təşkil olunan qrup mərhələsinin son oyunu futbolçularımız üçün uğursuz alınıb. Qazaxıstandan olan referinin idarə etdiyi qarşılaşma meydan sahiblərinin xeyrinə bitib.

Xatırladaq ki, Azərbaycan millisi ilk oyununda Farer adalarına 2:0 hesabı ilə qalib gəlsə də, ikinci matçında Maltaya 1:2 hesabıyla uduzmuşdu. Bu nəticələrdən sonra komandamız qrupu üçüncü pillədə başa vurub.

AÇ-2022-nin seçmə mərhələsi
B Liqası, 1-ci qrup
12 aprel

Azərbaycan – Şimali İrlandiya 0:1
Qol: Kora Çambers, 34.
Hakimlər: Tatyana Sorokopudova, Nargis Magau (Qazaxıstan), Anni Koppel, Triinu Laos (Estoniya).
İnver Park. Larne.

Azərbaycan: 1. Güleryüz Göknur, 3. Milana Rəhimova, 5. İrem Bir (10. Nisrine Maria Zerioul, 61), 6. Samirə Aşırova, 7. Aysun Muradova, 8. Sema Nur Arzik (9. Lamiyə Əlizadə, 55), 11. Fatma Nur Senses, 13. Alina Nəhmədova (k), 17. Pərvin Səfərəliyeva, 18. Buse Nur Kocabey (15. Nahidə Məmmədova, 83), 19. Fatimə Əhmədli (2. Tuğba Nur Bozkurt, 83).
Ehtiyat oyunçular: 12. Aytac Feyzullayeva, 4. Fidan Cəfərova, 14. Leyla Ağayeva, 16. Züleyxa Zamanlı, 20. Nurçin Tarverdizadə.
Baş məşqçi: Vüqar Əsgərli.

Şimali İrlandiya: 1. Lillie Vuds, 3. Ella Haughey, 5. Fionualla Morqan (k), 6. Tierna Bell, 9. Eve Reilli (18. Erin Montgomeri, 85), 10. Qreys Makkim (8. Abbie Makhenri, 80), 11. Kora Çambers (16. Helen Parker, 63), 14. Mia Litl, 15. Katrin Ann Makkonnel (2. Sara Ceyn Makmaster, 85), 17. Katrin Dikson, 19. Kora Morqan (7. Darsi Boyli, 63).
Ehtiyat oyunçular: 12. Lauren Velş, 4. Şona Dayvs, 13. Abigail Redmond, 20. Ellie-Mae Dikson.
Baş məşqçi: Alfie Vilie.

Xal durumu: Şimali İrlandiya – 7, Malta – 7, Azərbaycan – 3, Farer adaları – 0.

Xəbəri sosial şəbəkələrdə paylaş: