19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının (AÇ-2023) seçmə mərhələsində ilk oyununa çıxıb. Arena.az xəbər verir ki, yığmamız qrup oyunlarının təşkil olunduğu Slovakiyada Monteneqro seçməsi ilə üz-üzə gəlib.
Kipr və Polşada olan hakimlərin idarə etdiyi qarşılaşma yığmamızın məğlubiyyəti ilə başa çatıb. Həbib Ağayevin yetirmələri bu matçda 3 cavabsız qola üzülüblər.
Azərbaycan millisi qrupdakı sonuncu matçını aprelin 11-də Slovakiya yığmasına qarşı keçirəcək. Hansı ki, bu komanda da ilk oyunda Monteneqroya 2:3 hesabıyla uduzub. Monteneqro artıq qrup lideri kimi növbəti mərhələyə vəsiqə qazanıb. Qrupun sonuncu matçı sadəcə digər pillələrin sahiblərini müəyyənləşdirmək baxımından əhəmiyyət daşıyacaq.
AÇ-2023-ün seçmə mərhələsi
B Liqası, 5-ci qrup
8 aprel
Monteneqro – Azərbaycan 3:0
Qol: Tanya Malesiya, 14. Andela Toşkoviç, 35-pen. Neyla Biciç, 54.
Baş hakim: İoanna Allayiotou (Kipr).
Baş hakimin köməkçiləri: Despoina Demostenus (Kipr), Anna Vyeçorek (Polşa).
Dördüncü hakim: Katarjina Lisyecka-Sek (Polşa).
Saat 13:00. Qabçikovo. “Qabçikovo” stadionu.
Monteneqro: 1. Ayşa Kalaç, 5. Tanya Malesiya, 7. İvana Borjiç, 8. Sara Simonoviç, 9. Neyla Biciç, 10. Andela Toşkoviç (k) (13. Mia Baturan, 83), 11. Ana Krivokapiç (4. Sanya Pajariç, 58), 14. Andela Savoviç, 15. Tiyana Durdevaç (6. Andrea Vukadinoviç, 58), 17. Sara Draqaniç (3. Yelena Raleviç, 73), 18. Valeriya Radmanoviç (20. Lidiya Staniç, 58).
Ehtiyat oyunçular: 12. Mariya Vukoviç, 16. Maleniya Kaluderoviç.
Baş məşqçi: İvan Tatar.
Azərbaycan: 1. Aytac Feyzullayeva, 2. Tuğba Nur Bozkurt, 3. Milana Rəhimova (k), 4. Fidan Cəfərova, 5. Fatiməyi Zəhra Hüseynli, 6. Samirə Aşırova (10. Nahidə Məmmədova, 71), 7. Buse Nur Kocabey, 11. Müjgan Seyidova, 13. Nurçin Tarverdizadə, 17. Eda Nur Mutlu, 18. Aytac Mirzəyeva (19. Fatimə Əhmədli, 51).
Ehtiyat oyunçular: 12. Nailə Əliyeva, 8. Gencay Şeyma Nur, 9. İntizar Haqverdiyeva, 15. Lalə Həsənova, 20. Türkan Abdullayeva.
Baş məşqçi: Həbib Ağayev.


