19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının (AÇ-2023) seçmə mərhələsində son oyununa çıxıb. Arena.az xəbər verir ki, yığmamız qrup oyunlarının təşkil olunduğu Slovakiyada meydan sahibləri ilə üz-üzə gəlib.
Serbiya və Kiprdən olan hakimlərin idarə etdiyi qarşılaşma yığmamızın məğlubiyyəti ilə başa çatıb. Həbib Ağayevin yetirmələri bu matçda 4 cavabsız qola üzülüblər.
Xatrıladaq ki, Azərbaycan millisi qrupdakı ilk matçını aprelin 8-də Monteneqro yığmasına qarşı keçirmiş və 2:3 hesabıyla uduzmuşdu.
AÇ-2023-ün seçmə mərhələsi
B Liqası, 5-ci qrup
11 aprel
Azərbaycan – Slovakiya 0:4
Qollar: Mixaela Ferençova, 6; 37. Lenka Mazukova, 12. Sofiya Anna Şkedova, 61.
Baş hakim: Marina Jivkoviç (Serbiya).
Baş hakimin köməkçiləri: Andrea Miloşeviç (Serbiya), Despoina Demosthenous (Kipr).
Dördüncü hakim: İoanna Allayiotou (Kipr).
Saat 13:00. Qabçikovo stadionu.
Azərbaycan: 1. Aytac Feyzullayeva, 2. Tuğba Nur Bozkurt, 3. Milana Rəhimova (k), 5. Fatiməyi Zəhra Hüseynli, 6. Samirə Aşırova, 7. Buse Nur Kocabey, 11. Müjgan Seyidova, 13. Nurçin Tarverdizadə, 17. Eda Nur Mutlu, 18. Aytac Mirzəyeva, 19. Fatimə Əhmədli.
Ehtiyat oyunçular: 12. Nailə Əliyeva, 8. Gencay Şeyma Nur, 9. İntizar Haqverdiyeva, 10. Nahidə Məmmədova, 15. Lalə Həsənova, 20. Türkan Abdullayeva.
Baş məşqçi: Həbib Ağayev.
Slovakiya: 12. Sofia Dupkalova, 4. Frederika Kovalikova, 6. Barbora Vargova, 7. Nina Matuşikova, 11. Karen Mak (k), 13. Darina Hruzikova, 14. Mixaela Ferençova, 15. Karolana Bayerova, 17. Lenka Mazukova, 19. Aneta Surova, 20. Sofia Anna Şkerdova.
Ehtiyat oyunçular: 1. Marina Anna Stefanikova, 2. Barbara Prokopçova, 3. Patrisiya Veysskirxen, 5. Yanka Yuskova, 9. Paulina Tonkovikova, 10. Zuzana Narojna, 16. Viktariya Çampayova, 18. Meg Molnarova.
Baş məşqçi: Yozef Yelşiç.
Xal: Monteneqro – 6. Slovakiya – 3. Azərbaycan – 3.


