2024-cü ildə Almaniyada təşkil olunacaq Avropa çempionatının (AÇ-2024) seçmə qrup mərhələsində bu gün 9-cu tura yekun vurulacaq.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə üç qrup (B, D və İ qrupları) üzrə 7 qarşılaşma baş tutacaq.
B qrupunda Fransa yığması Cəbəllüttariqi, Niderland millisi isə İrlandiyanı qəbul edəcək.
D qrupumda Ermənistan – Uels və Latviya – Xorvatiya oyunları baş tutacaq.
İ qrupunda isə üç qarşılaşma nəzərdə tutulub. Belarus yığması Andorra ilə üz-üzə gələcək. İsrail – Rumıniya və İsveçrə – Kosovo oyunları isə daha prinsipial əhəmiyyət kəsb edir.
Xatırladaq ki, daha öncə Belçika, Fransa, Portuqaliya, İspaniya, Şotlandiya, Türkiyə, Avstriya, İngiltərə, Macarıstan, Slovakiya, Albaniya və Danimarka yığmaları gələn il baş tutacaq Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin etmişdilər. Almaniya yığması da təşkilatçı kimi növbəti qitə çempionatının iştirakçıları arasında yerini alıb.
Onu da qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsinə 2024-cü ilin mart ayında yekun vurulacaq.
AÇ-2024-ün seçmə mərhələsi
Qrup mərhələsi, 9-cu tur
18 noyabr
B qrupu
23:45. Fransa – Cəbəllüttariq
23:45. Niderland – İrlandiya
Xal: Fransa – 18. Niderland – 12. Yunanıstan – 12. İrlandiya – 6. Cəbəllüttariq – 0.
D qrupu
18:00. Ermənistan – Uels
21:00. Latviya – Xorvatiya
Xal: Türkiyə – 16. Uels – 10. Xorvatiya – 10. Ermənistan – 7. Latviya – 3.
İ qrupu
21:00. Belarus – Andorra
23:45. İsrail – Rumıniya
23:45. İsveçrə – Kosovo
Xal: İsveçrə – 16. Rumıniya – 16. İsrail – 12. Kosovo – 10. Belarus – 6. Andorra – 2.


