AÇ-2024: Almaniyanın yekun heyəti müəyyənləşdi

Almaniya milli komandası meydan sahibi olduğu Avropa çempionatında (AÇ-2024) iştirak üçün yekun heyətini açıqlayıb.

Arena.az bu barədə bundestimin öz sosial şəbəkə hesabları üzərindən paylaşdığı rəsmi məlumata istinadən xəbər verir.

Bundestimin ilk heyətinə 27 oyunçu daxil edilmişdi. Amma Almaniya yığması yekun ərizəyə yalnız 26 futbolçu daxil edə bilərdi. Bu üzdən də baş məşqçi Yulian Naqelsmann dörd qapıçıdan birini – Aleksandr Nübeli siyahıdan çıxarıb.

Almaniya yığmasının 2024-cü il Avropa çempionatında iştirak edəcək yekun heyətini təqdim edirik:

Qapıçılar: Oliver Baumann (“Hoffenhaym”), Manuel Noyer (“Bayern”), Mark-Andre ter Stegen (“Barselona”, İspaniya);

Müdafiəçilər: Valdemar Anton (“Ştutqart”), Benjamin Henrixs (“Leypsiq”), Yozua Kimmix (“Bayern”), Robin Kox (“Ayntraxt”), Maksimilian Mittelştedt (“Ştutqart”), David Raum (“Leypsiq”), Antonio Rüdiger (“Real”, İspaniya), Niko Şlotterbek (“Borussiya”, Dortmund), Conatan Ta (“Bayer”);

Yarımmüdafiəçilər: Robert Andrix (“Bayer”), Kris Führix (“Ştutqart”), Paskal Qros (“Brayton”, İngiltərə), İlkay Gündoğan (“Barselona”, İspaniya), Toni Kroos (“Real”, İspaniya), Camal Musiala (“Bayern”), Aleksandar Pavloviç (“Bayern”), Leroy Sane (“Bayern”), Florian Virts (“Bayer”);

Hücumçular: Maksimilian Bayer (“Hoffenhaym”), Niklas Füllkruq (“Borussiya”, Dortmund), Kay Haverts (“Arsenal”, İngiltərə), Tomas Müller (“Bayern”), Deniz Undav (“Ştutqart”).

Xatırladaq ki, iyunun 14-də start götürəcək AÇ-2024-ün oyunlarına iyulun 15-də yekun vurulacaq.

Almaniya yığmasının qrup mərhələsindəki rəqibləri İsveçrə, Şotlandiya və Macarıstan yığmaları olacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: