AÇ-2024: Bugünkü oyunlar bir dəqiqəlik sükutla başlayacaq

Bu gün AÇ-2024-ün seçmə mərhələ oyunları Brüsseldə terror aktı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayacaq.

Arena.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat verib:

“Bu axşam seçmə mərhələnin bütün oyunlarında Belçika – İsveç oyunu öncəsi Brüsseldə dünən baş vermiş terror aktının iki qurbanının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək”, – UEFA-nın bəyanatında deyilir.

Xatırladaq ki, ötən gecə Brüsseldə AÇ-2024-ün seçmə mərhələsinin Belçika – İsveç matçı öncəsi iki isveçli azarkeş güllələnib. Birinci hissədən sonra oyun dayandırılıb və davam etdirilməyib. Fasiləyə qədər komandalar hərəyə bir qol vurublar. UEFA-nın bu qarşılaşma ilə bağlı hansı qərarı verəcəyi maraqla gözlənilir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: